Dodon: Dnestryanıda sursat anbarları ətrafında təxribatlar mümkündür- ÖZƏL
11:49 SiyasətOlaylar.az xəbər verir ki, Moldovanın keçmiş prezidenti, Sosialist Partiyasının lideri İqor Dodon Dnestryanıda Kolbasna kəndində yerləşən sursat anbarları ətrafında təxribatların baş verə biləcəyini istisna etməyib. Dodonun sözlərinə görə, Moldova və Ukraynada siyasi rəhbərliyin dəyişdirilməsi ilə bağlı Qərbin planları barədə xəbərlər fonunda Dnestryanı ətrafında gərginlik yaradıla bilər. O, bəzi qüvvələrin anbarlardakı sursatın mümkün partlayışının nəticələrinin ciddi olmayacağı barədə ictimaiyyəti inandırmağa çalışdığını bildirib.
Dodon hesab edir ki, belə təxribatlar Dnestryanıda yerləşən Rusiya qoşunlarına qarşı hərbi əməliyyatları əsaslandırmaq məqsədi daşıya bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31