Azərbaycan–Özbəkistan qardaşlığı türk dünyasının birliyinə öz töhfəsini verəcək- ÖZƏL
10:52 Siyasət"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana səfəri iki qardaş ölkə arasında əsrlərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətlərinin yeni mərhələdə daha da möhkəmlənməsi istiqamətində olduqca əhəmiyyətlidir". "Olaylar" xəbər verir ki, bunu "Media və Mülki Cəmiyyət" İctimai Birliyinin sədri Xanoğlan Əhmədov deyib: "Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsi üçün geniş imkanlar açır. Əldə olunan mühüm nəticələr, imzalanan sənədlər və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi ilə bağlı razılaşmalar ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin gələcək perspektivlərinə böyük inam yaradır.
Onu da xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan və Özbəkistanı birləşdirən yalnız siyasi və iqtisadi maraqlar deyil, ortaq tarix, mədəniyyət, milli-mənəvi dəyərlər və möhkəm qardaşlıq bağlarıdır. Prezident İlham Əliyevin səfəri bu münasibətlərin daha da dərinləşdirilməsi, iki qardaş xalq arasında dostluq körpülərinin möhkəmləndirilməsi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi baxımından əlamətdar hadisədir.
Əminik ki, Azərbaycan-Özbəkistan qardaşlığı bundan sonra da davamlı olaraq yüksək səviyyədə inkişaf edəcək, strateji tərəfdaşlığımız hər iki xalqın rifahına və türk dünyasının birliyinin, həmrəyliyinin güclənməsinə mühüm töhfələr verəcək".