Robert Köçəryan saxlanıldı
10:24 SiyasətErmənistanın keçmiş prezidenti Robert Köçəryan ölkənin Milli Təhlükəsizlik Xidmətinə aparılıb.
Milli.Az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
"Ermənistanın ikinci prezidenti, "Ermənistan" blokunun lideri Robert Köçəryan bu səhər tezdən Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən MTX-yə aparılıb.
Bundan əvvəl Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Ermənistan fraksiyasından olan parlament üzvü və keçmiş prezident Köçəryanın oğlu Levon Köçəryanın mənzilində axtarış aparmağa başlayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31