Ali Rada komitəsi NABU ilə bağlı qanun layihələrini geri götürdü- ÖZƏL

Ukrayna Ali Radasının hüquq-mühafizə məsələləri komitəsi, aralarında Milli Antikorrupsiya Bürosunun (NABU) səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutan beş antikorrupsiya qanun layihəsini gündəlikdən çıxarıb. Olaylar.az xəbər verir ki, Deputat Yaroslav Jeleznyak bildirib ki, qərar Ukraynanın Avropa İttifaqından 2 milyard avrodan çox vəsait almasına təsir göstərə bilər. O, həmçinin qərarın ölkəyə 120 milyard qrivnaya başa gələ biləcəyini qeyd edib. Jeleznyak qanun layihələrinə qarşı çıxan deputatlardan birinin NABU-nun korrupsiya işi üzrə adı keçən Olqa Savçenko olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31