Bakı və Daşkənd Cənubi Qafqazdan Türkistana uzanan yeni bir güc şəbəkəsi inşa edir- ÖZƏL
09:30 Siyasət"Azərbaycan və Özbəkistan arasında dövlətlərarası münasibətlərin xarakteristikasından danışarsaq qarşımızda siyasi, iqtisadi, mədəni, elmi, təhlükəsizlik və digər aparıcı sahələri əhatə edən çoxşaxəli faydalı əməkdaşlıq tablosu canlanır". Bunu "Olaylar"a açıqlamasında siyasi şərhçi Pərviz Mirizadə deyib: "Son beş ildə iki ölkə liderlərinin qarşılıqlı olaraq ən yüksək səviyyədə 15 rəsmi səfər reallaşdırması strateji tərəfdaşlığımızın hansı müstəvidə inkişaf etdiyini gözlər önünə sərir. Bu uğurlu inkişaf tendensiyasının ardında isə birmənalı olaraq məhz möhkəm siyasi iradə, həmçinin köklü dövlətçilik ənənələri dayanır. Cənab Prezident İlham Əliyevin qardaş Özbəkistan Respublikasına növbəti rəsmi səfəri yeni bir mərhələnin başlanğıcıdır.
Artıq bir qayda olaraq qlobal müstəvidə ənənəvi siyasi-iqtisadi yanaşmalar, mexanixmlər öz işləkliyini itirir. Yeni siyasi bloklar, güc mərkəzləri və iqtisadi maşurtlar formalaşır. Bakı və Daşkənd məhz Cənubi Qafqazdan Türkistana uzanan yeni bir güc şəbəkəsi inşa edir ki, bu da özlüyündə məhz etibarlı, təhlükəsiz və tədarükçiləri razı salacaq qısa zaman intervalını cəmləşdirir. Heç kimə sirr deyil ki, müasir dövrdə interaktivlik və zaman əsas aparıcı meyarlar kimi qəbul edilir və ümumiyyətlə qlobal təchizat zəncirində baş verən gərilmələr Orta Dəhlizin rolunu artırır. Dövlət başçısının istər Özbəkistan Respublikasına, istərsə digər türk cumhuriyyətlərinə səfərlərinə birdə bu aspektdən yanaşmaq lazımdır.
Təbii ki, qarşıda daha böyük hərflər və perspektivlər var. Özbəkistan bazarı investorlar üçün əlverişli biznes şərtləri təqdim edir və artıq azərbaycanlı iş adamları Özbəkistan bazarında kifayət qədər ciddi işlərə imza atırlar. Qeyd etdiklərim özbək investorlar üçündə səciyyəvidir. Onlar da Azərbaycan bazarına uğurla daxil olurlar. Bütün bunlar məhz qardaşlıq bağlarımızı möhkəmləndirəcək addımlardır".