Qazaxıstanda Kurultaya seçkilərdə səsvermə başa çatıb
19:57 SiyasətQazaxıstanda Kurultay deputatlarının seçkilərində səsvermə başa çatıb. Ölkə üzrə seçici fəallığı 74,19 faiz təşkil edib.
Ölkə ərazisindəki seçki məntəqələri yerli vaxtla saat 20:00-da bağlanıb.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, "ölkə üzrə saat 20:00-a 9 352 151 seçici bülleten alıb ki, bu da seçici siyahılarına daxil edilmiş seçicilərin ümumi sayının 74,19 faizini təşkil edir".
Paytaxtın, vilayətlərin və respublika əhəmiyyətli şəhərlərin ərazi seçki komissiyalarının təqdim etdiyi məlumatlara əsasən, saat 20:00-a regionlar üzrə seçici fəallığı belə olub:
-
Astana şəhəri - 51,67%
-
Abay vilayəti - 81,41%
-
Akmola vilayəti - 82,69%
-
Aktöbe vilayəti - 88,30%
-
Almatı vilayəti - 71,17%
-
Atırau vilayəti - 70,74%
-
Qərbi Qazaxıstan vilayəti - 73,38%
-
Jambıl vilayəti - 85,18%
-
Jetısu vilayəti - 91,19%
-
Qaragandı vilayəti - 76,28%
-
Kostanay vilayəti - 76,47%
-
Qızılorda vilayəti - 90,75%
-
Manqistau vilayəti - 71,38%
-
Pavlodar vilayəti - 71,20%
-
Şimali Qazaxıstan vilayəti - 77,31%
-
Türküstan vilayəti - 92,16%
-
Ulıtau vilayəti - 70,72%
-
Şərqi Qazaxıstan vilayəti - 87,50%
-
Almatı şəhəri - 43,23%
-
Şımkent şəhəri - 75,42%
Bundan əlavə, MSK bildirib ki, Astana vaxtı ilə saat 19:00-a olan vəziyyətə görə, Qazaxıstanın 61 ölkədəki xarici nümayəndəliklərində fəaliyyət göstərən 79 seçki məntəqəsinin hamısı işə başlayıb. Bu vaxta qədər 11 ölkədə səsvermə artıq başa çatıb.
Ümumilikdə xaricdə 11 402 seçici qeydiyyata alınıb. Göstərilən vaxta qədər onlardan 6 007 nəfər səs verib.
Səsverməni ən son ABŞ-ın San-Fransisko şəhərində yaşayan Qazaxıstan vətəndaşları başa vuracaqlar. Oradakı seçki məntəqəsi Astana vaxtı ilə saat 19:00-da fəaliyyətə başlayıb.
Qeyd edək ki, bu gün Qazaxıstanda 1 iyul 2026-cı ildə qüvvəyə minmiş yeni Konstitusiyada nəzərdə tutulan ölkənin birpalatalı parlamenti - Kurultaya seçkilər keçirilib.
Kurultayın tərkibinə beş il müddətinə seçilən 145 deputat daxil olacaq. Seçkilər proporsional sistem üzrə keçirilir: deputatlar vahid ümummilli seçki dairəsində partiya siyahıları üzrə seçilirlər.