“Xəzərin o tayında  Azərbaycanla əlaqələr güclənir”-Yunus Oğuz- ÖZƏL

" Əlbəttə ki, bu, çox sevindirici haldır ki, iki dövlət arasında Müttəfiqlik haqqında müqavilə imzalanır. Təbii ki, burada iqtisadi, siyasi, infrastruktur, turizm, mədəniyyət- hər şey ehtiva olunur. Amma əsas bir məsələ var. Əsas məsələ odur ki, Xəzər dənizinin o tərəfi ilə  Azərbaycan arasında əlaqələr güclənir". 

Bu fikirləri  Azərbaycan  Prezidenti  İlham  Əliyevin  Özbəkistana  səfəri  ilə   bağlı  münasibət  bildirən yazıçı-publisist Yunus Oğuz  Olaylar.az-a açıqlamasında söyləyib: 

"Digər əsas məsələ isə "Bir kəmər, bir yol"dur. Özbəkistan Prezidenti də, Azərbaycan Respublikasının Prezidenti də çalışırlar ki, İpək yolunu bərpa etsinlər və bu məsələdə çox israrlıdırlar. Və düşünürəm ki, bu da olacaq. İnsanlar bir-birinin yanına gəlməli, bir-birinə getməlidir. 10 il əvvəl bir hava reysi var idisə, indi dörddür. Bu o deməkdir ki, artıq münasibətlər istiləşib, artıq o vəziyyətə gəlib çatıb ki, Müttəfiqlik müqaviləsi bağlaya bilərik. Artıq bir-birimizə hər  sahədə, əsasən də hərbi sahədə yardım etməli, bir-birimizə kömək etməliyik.
Orta Asiyada Özbəkistan söz sahibidir. Cənubi Qafqazda isə  söz sahibi Azərbaycandır. Bu iki söz sahibi görüşürsə, deməli, bunun böyük  irəliləyişləri var. Düşünürəm ki, bugünkü müttəfiqlik gələcəkdə insanların bir-birinə inteqrasiyasına gətirib çıxaracaq. Və bu inteqrasiyanın hesabına Azərbaycan Özbəkistanı sevir, Özbəkistan da Azərbaycanı. İnsanlardan söhbət gedir. Bax, hər iki prezidentin əsas xidməti budur. Əsas odur ki, insanlar bir-birini sevəcəklər".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31