Zaxarova: Rusiya beynəlxalq təşkilatları Kosovoda fəlakətin qarşısını almağa çağırır-ÖZƏL

Moskva bütün beynəlxalq təşkilatları Kosovo və Metoxiyada humanitar fəlakətin qarşısını almaq üçün tədbirlər görməyə çağırır. Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın bəyanatında bildirilir.
Diplomat bildirib ki, "Biz BMT-nin Kosovodakı missiyasından regionda yaşayan xalqlar arasında dinc yanaşı yaşamaq üçün şəraitin yaradılmasını asanlaşdırmaq da daxil olmaqla, üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmasını tələb edirik. Bütün beynəlxalq təşkilatları Kosovo və Metoxiyada baş verən humanitar fəlakətin qarşısını almaq üçün hərtərəfli tədbirlər görməyə çağırırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31