Danimarka İsrailin E-1 məskunlaşma planını pislədi-ÖZƏL

Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen İsrailin Qüds yaxınlığındakı E-1 zonasında yəhudi məskunlar üçün evlərin tikintisi ilə bağlı tender elan etməsini pisləyib.
Olaylar.az xəbər verir ki, o bildirib ki, bu addım iki dövlətli həll perspektivinə zərər vurur və beynəlxalq hüquqa ziddir.
Bundan əvvəl Böyük Britaniya, Almaniya, İtaliya və Fransa da İsrailin qərarını qəbuledilməz adlandıraraq planların geri götürülməsinə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31