Sərhəddə ardıcıl ikinci dəhşət: Rusiya PUA-ları Ukrayna-Moldova buraxılış məntəqəsini vurdu
13:12 SiyasətRusiya Silahlı Qüvvələri avqustun 21-inə keçən gecə PUA-larla Odessa vilayətinə hücum edərək Ukraynanın Moldova ilə sərhədində yerləşən "Tabaki" beynəlxalq buraxılış məntəqəsinə zərbələr endirib.
Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti rəsmi məlumat yayıb. Hücum nəticəsində keçid məntəqəsinin binaları və qurğuları ciddi zədələnib, ərazidə yanğınlar baş verib.
Hazırda "Tabaki" keçid məntəqəsinin fəaliyyəti müvəqqəti dayandırılıb, şəxslərin və nəqliyyat vasitələrinin hərəkəti digər alternativ buraxılış məntəqələrinə yönəldilir.
Qeyd edək ki, bu, son 24 saat ərzində Moldova sərhədindəki keçid məntəqələrinə endirilən ardıcıl ikinci zərbədir.
Ukrayna Prezidenti Volodimir Zelenski bir gün əvvəl Kiyevə edilən kütləvi hücum zamanı da Odessa vilayətində sərhəd infrastrukturlarının vurulduğunu bəyan etmişdi.