2,5 tonluq döyüş başlığı aparan raket fəlakəti: Şimali Koreya mütəxəssisləri Rusiyaya göndərildi
12:39 SiyasətRusiya Şimali Koreyadan (KXDR) daha ağır və təhlükəli olan "Hwasong-11C" (KN-30) ballistik raketlərinin ilk partiyasını təhvil alıb.
Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (HUS) Məlumata yayıb.
Şimali Koreya tərəfinin bildirdiyinə görə, "KN-30" raketi 2,5 tona qədər ağır döyüş başlığı daşımaq və 600-900 kilometr məsafədə yerləşən hədəfləri dəqiqliklə vurmaq gücünə malikdir.
Ukrayna kəşfiyyatının məlumatına əsasən, KXDR-dən olan təxminən 90 nəfərlik xüsusi hərbi mütəxəssis qrupu altı ədədə qədər raket buraxılış qurğusuna texniki xidmət göstərmək və əməliyyatları idarə etmək üçün artıq Rusiyanın Voronej vilayətinə dislokasiya olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31