Deputatımız COP17 çərçivəsində keçiriləcək tədbirdə iştirak edəcək - ÖZƏL

Milli Məclisin deputatı Pərvanə Vəliyeva "Parlamentarilər üçün Qlobal Dəyişiklik Liderləri Akademiyası" proqramında iştirak etmək məqsədilə avqustun 22-də Monqolustanın paytaxtı Ulan-Bator şəhərinə səfər edəcək. Olaylar xəbər verir ki, sözügedən proqram Ulan-Bator şəhərində keçiriləcək BMT-nin Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasının (UNCCD) Tərəflər Konfransının 17-ci sessiyası (COP17) çərçivəsində təşkil olunacaq. Tədbirdə torpaq resurslarının bərpası, mühafizəsi və davamlı idarə olunması, bu sahədə beynəlxalq əməkdaşlığın təşviqi ilə bağlı fikir mübadiləsi aparılacaq. 
Səfər avqustun 29-da başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31