İtaliyalı millət vəkili Aİ-nin Ukraynaya qarşı siyasətini tənqid edib-ÖZƏL

Avropa İttifaqının Ukraynaya qarşı siyasəti sülh yolu ilə həllinə töhfə verməyib, əksinə münaqişənin daha da gərginləşməsinə səbəb olub. Olaylar.az xəbər verir ki, bu barədə İtaliyanın müxalifət partiyası olan "Beş Ulduz Hərəkatı"ndan Avropa Parlamentinin üzvü Danilo Della Valle bildirib.
"Ukraynadakı münaqişənin başlamasından dörd il keçib və sülh hələ də bir ilğım olaraq qalır. Avropa Birliyinin siyasi strategiyası müharibəni dayandırmayıb, əksinə onu alovlandırıb. 2026 və 2027-ci illər üçün 90 milyard avro təsdiqlənib ki, bunun da tam 60 milyard avrosu yalnız silahlar üçün ayrılıb", - deyə o, İnstaqramda videomüraciətində bildirib. "Diplomatiyanı seçməyin vaxtı gəlib çatıb."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31