Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu

ABŞ-ın Moderna şirkətinin melanoma xəstələri üçün hazırladığı fərdi mRNT vaksininin klinik sınaqlarında ümidverici nəticələr əldə olunub.

Söhbət Moderna və Merck şirkətlərinin birgə hazırladığı eksperimental Intismeran vaksinindən gedir.

Preparat yüksək riskli və ya yayılmış melanoma səbəbilə əməliyyat olunan xəstələr üzərində sınaqdan keçirilib. Araşdırmada 1100-dən çox pasiyent iştirak edib.

Şirkətlər xəstələrin xərçəngə qayıtmadan nə qədər yaşadıqlarını və ya xəstələrin ümumilikdə daha uzun yaşayıb-yaşamadıqlarını açıqlamayıblar.

Vaksinin əsas özəlliyi hər xəstə üçün fərdi hazırlanmasıdır. Preparat şişin genetik xüsusiyyətləri əsasında hazırlanır və mRNT texnologiyasından istifadə edir. Sınaqlarda vaksin pembrolizumab (Keytruda) preparatı ilə birlikdə tətbiq edilib.

Şirkətlər yaxın aylarda preparatın tənzimləyici qurumlar tərəfindən qiymətləndirilməsi ilə bağlı müzakirələrə başlamağı planlaşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31