Braziliya ABŞ-ın təzyiqlərinə baxmayaraq Rusiya ilə əməkdaşlığı gücləndirəcək-ÖZƏL
10:24 SiyasətBraziliya ABŞ-ın Moskva və Pekinlə strateji əlaqələri məhdudlaşdırmaq cəhdlərinə dözməyəcək və Rusiya ilə tərəfdaşlığını gücləndirəcək. Olaylar.az xəbər verir ki, bunu Braziliya Prezidenti Lula da Silvanın müttəfiqi, İşçi Partiyasının ideoloqu Xose Dirseu TASS-a açıqlamasında bildirib.
O qeyd edib ki, Braziliya Rusiya ilə iqtisadiyyat, mədəniyyət və elm sahələrində əməkdaşlığı artırmalı, həmçinin BRICS platformasından daha fəal istifadə etməlidir. Dirseunun sözlərinə görə, Braziliya nüvə energetikası sahəsində Rusiyanın təcrübəsinə ehtiyac duyur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31