Azərbaycanda yeni "rəqəmsal səyyah" viza altnövü təsis ediləcək

Azərbaycanda yeni "rəqəmsal səyyah" viza altnövü təsis ediləcək.

Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Həmçinin dövlət proqramında Azərbaycan Respublikasında hava nəqliyyatı ilə sərnişindaşıma və turizm siyasətinin uzlaşdırılması mexanizmlərinin təkmilləşdirilməsi, hədəf turizm bazarlarından gəlmə turizmi təşviq etmək məqsədilə vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələrin sayının artırılması, gəlmə turizmi məqsədilə çoxdəfəlik elektron vizaların verilməsi prosesinin təkmilləşdirilməsi, turizm siyasətinin ölkənin sosial-iqtisadi inkişafına töhfəsinin artırılması və iqtisadiyyatın əlaqəli sahələrinin inkişaf siyasətləri ilə qarşılıqlı əlaqələndirilməsini təmin edən uzlaşdırma mexanizmlərinin təkmilləşdirilməsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31