Mixail Mişustin Aİİ inteqrasiyasının iqtisadi artıma təkan verəcəyini bildirib – ÖZƏL
12:23 SiyasətOlaylar.az xəbər verir ki, Rusiya Baş naziri Mixail Mişustin Qırğızıstanda keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasından sonra bəyan edib ki, Avrasiya İqtisadi İttifaqında inteqrasiya tempinin qorunması üzv ölkələrin milli iqtisadiyyatlarının böyüməsinə və əhalinin həyat keyfiyyətinin yüksəlməsinə xidmət edəcək.
O, iclasda elektron ticarət, investisiya əməkdaşlığı, ərzaq təhlükəsizliyi və yük daşımalarının rəqəmsallaşdırılması üzrə vacib sənədlərin imzalandığını vurğulayıb. Qeyd edək ki, 6-7 avqust tarixlərində baş tutan iclasda Aİİ-ə üzv ölkələrin və müşahidəçi dövlətlərin hökumət rəhbərləri iştirak ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31