4 rayonda KORRUPSİYA əməliyyatı - Saxlanılanlar var - YENİLƏNİB

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl, Ağdaş, Qaradağ rayon şöbələrində əməliyyatlar keçirilib.

Olaylar.az xəbər verir ki, əməliyyatlar nəticəsində şöbələrin vəzifəli şəxsləri saxlanılaraq Bakıya gətirilib.

Onlar barəsində yaxın günlərdə qətimkan tədbiri seçilməsi gözlənilir.

Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a faktı təsdiqləyiblər.

Olaylar.az

___________

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində əməliyyat keçirilib.

Olaylar.az xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində iki nəfər vəzifəli şəxs saxlanılıb.

Onlar rüşvət almaqda ittiham olunur.

Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin daha bir neçə rayon şöbəsində də əməliyyat keçirilir./Report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31