Nazir aparat rəhbəri və müşavir təyin etdi
23 Aprel 14:12 SiyasətGənclər və İdman Nazirliyində yeni kadr təyinatları olub. Milli.Az iqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı nazir Fərid Qayıbov müvafiq əmrlər imzalayıb. Əmrə əsasən, Elşad Məmmədov gənclər və idman nazirinin müşaviri vəzifəsinə təyin olunub. Bundan əlavə, indiyə qədər Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən Fərid Məmmədzadə Aparat rəhbəri təyin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31