"Yeni Klinika"ya direktor təyin olundu

"Yeni Klinika"nın direktor vəzifəsinə Qalib İmanov təyin olunub.

Musavat.com xəbər verir ki, klinikaya rəhbərlik direktor müavini, Ürək-damar mərkəzinin rəhbəri Q.İmanova həvalə edilib.

Qeyd edək ki, "Yeni Klinika"nın direktoru Barat Yusubov dünən vəzifəsindən azad olunub.

Hələlik TƏBİB vəzifəsindən azad olunan xəstəxana rəhbərləri və yeni təyinatlarla bağlı rəsmi açıqlama verməyib, çoxsaylı sorğular cavabsız qalıb.

Qurumdan yaxın vaxtlarda ətraflı məlumat açıqlanacağı bildirilib.(teleqraf)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31