17 gün əvvəl müşavir təyin olunmuşdu, bu gün işdən çıxarıldı – Anar Bayramov islahatlara başladı

TƏBİB-in yeni icraçı direktoru Anar Bayramov kadr dəyişikliklərinə başlayıb.

Musavat.com Bakupost.az-a istinadla xəbər verir ki, TƏBİB sədrinin səlahiyyətlərini icra edən Anar İsrafilov tərəfindən cəmi 17 gün əvvəl müşavir vəzifəsinə təyin edilmiş həkim Zeynal Bayramlı işdən azad olunub.

Məlumata əsasən, qurumdakı digər müşavirlərin də ərizələri alınıb.

Məsələ ilə bağlı Bakupost.az-ın sorğusuna qurumun mətbuat xidmətindən cavab verilməyib.

Qeyd edək ki, Anar Bayramov aprelin 17-də TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin edilib.

Onun təyinatı qurumda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31