Vəkillər həmkarlar ittifaqı üzvlərinə pulsuz hüquqi yardım göstəriblər-Özəl
20 Aprel 14:21 SiyasətAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Vəkillər Kollegiyası ilə əməkdaşlıq çərçivəsində yeni layihəyə start verib. Kollegiyadan "Olaylar"a bildirilib ki, iki qurum arasında imzalanmış əməkdaşlıq haqqında Memoranduma əsasən, həyata keçirilən layihə həmkarlar ittifaqları üzvlərinə pulsuz hüquqi yardımın göstərilməsini nəzərdə tutur.
Layihə çərçivəsində ilkin mərhələdə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən bir qrup həmkarlar ittifaqı üzvünün müraciətləri dinlənilib, onların hüquqi məsələlərə dair sualları ətraflı şəkildə cavablandırılıb.
Eyni zamanda iştirakçılara mövcud qanunvericiliyin tələbləri izah olunub, konkret hallara dair hüquqi yanaşmalar təqdim edilib və mümkün hüquqi müdafiə mexanizmləri barədə tövsiyələr verilib.