Bakıda dəmir yolu xəttində 20 yeni qatar istifadəyə veriləcək
13:18 Siyasət"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na əsasən, "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2030-cu ilə qədər 20 ədəd qatar almağı planlaşdırır.
Bu barədə Trend-ə ADY-dən məlumat verilib.
Bildirilib ki, yeni qatarların alınması ilə bağlı bir sıra xarici şirkətlərlə görüşlər keçirilir, təhlil və müzakirələr aparılır.
Yeni qatarlar Abşeron dairəvi dəmiryol marşrutu, o cümlədən Dövlət Proqramına əsasən dairə üzrə istifadəyə veriləcək yeni xətlərdə istismar olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31