Sahib Əliyev vəzifəsindən AZAD EDİLDİ
10:09 SiyasətMingəçevir Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi vəzifəsindən azad edilib.
Musavat.com istinadla xəbər verir ki, bununla bağlı şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov müvafiq əmri imzalayıb.
Əmrə əsasən, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini - Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Sahib Əliyev işdən çıxarılıb.
O, dövlət qulluğunda çalışmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib. Hələlik həmin vəzifəyə yeni təyinat olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31