Hasil Abbasov üç şöbə müdirini işdən çıxardı - Yeni təyinat
11:21 SiyasətƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində (DMA) kadr dəyişikliyi olub.
Bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmrlər imzalayıb.
Əmrə əsasən, Gülnarə Cəfərli İnsan Resursları departamentinin İşə Qəbul və Planlama şöbəsinin müdiri vəzifəsindən azad olunub. Digər əmrlə, o, həmin departamentin müdir müavini təyin edilib.
Bundan əlavə, Agentliyin İnzibati departamentinin Təsərrüfat şöbəsinin müdiri Kamal Məmmədov və Agentliyin Mərkəzi Karyera filialının Layihələrin təşkili şöbəsinin müdiri Rauf Qaravəliyev vəzifələrindən azad olunub./İqtisadiyyat.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31