Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində fəaliyyət göstərən "Dendrologiya Bağı" PHŞ-nin kollektivi Şəhidlər xiyabanını ziyarət edib.
Ziyarət çərçivəsində kollektiv Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyub.
Əziz şəhidlərin ruhuna dualar oxunub, onların müqəddəs xatirəsi dərin hörmət və ehtiramla anılıb.


