Məzahir Pənahov MSK-dan gedir? – Özü danışdı
20 Yanvar 12:21 Siyasət"Mərkəzi Seçki Komissiyasını parlament formalaşdırır".
Bunu "Unikal"a açıqlamasında Mərkəz Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
"Məcəllədə yazılıb. 5 ildən bir olmalıdır", - deyə M.Pənahov bu il MSK-nın səlahiyyət müddətinin başa çatması ilə bağlı suala cavabında bildirib.
Qeyd edək ki, qanunvericiliyə əsasən, MSK-nın səlahiyyət müddəti 5 ildir. Cari ilin aprel ayında Komissiyanın hazırkı tərkibinin fəaliyyətinə yekun vurulacaq. Hazırda MSK-ya Məzahir Pənahov sədrlik edir. O, 19 may 2000-ci ildən etibarən bu vəzifədədir. MSK sədrinin müavini Rövzət Qasımov, MSK-nın katibləri isə Arifə Muxtarova və Mikayıl Rəhimovdur
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31