Azərbaycanda  islahatlar ardıcıl və sistemli xarakter daşıyır- ÖZƏL

"Prezident İlham Əliyevin müsahibəsi dövlət idarəçiliyində kadr siyasətinin mahiyyətini aydın şəkildə ortaya qoydu. Dövlət başçısı vurğuladı ki, vəzifə dövlətin etimadıdır və bu etimad yalnız peşəkarlıq, dürüstlük və məsuliyyətlə doğruldula bilər. Bu yanaşma idarəetmədə keyfiyyət meyarlarının əsas götürüldüyünü göstərir". "Olaylar" xəbər verir ki, bunu YAP Şuşa rayon təşkilatının 22 saylı ərazi partiya təşkilatının sədri Gülnar Qurbanova deyib: "Müsahibədə xüsusi nümayəndəlik institutunun tətbiqi institusional islahatların mühüm elementi kimi təqdim edildi. Prezident İlham Əliyev bu modelin regionların idarə olunmasında çevikliyi və operativliyi artırdığını bildirdi. Eyni zamanda, bu sistem mərkəzi idarəetmə ilə yerlər arasında daha effektiv əlaqə yaradır.
Dövlət başçısı kadrların fəaliyyətinə verilən qiymətin nəticələrə əsaslandığını açıq şəkildə bəyan etdi. Prezidentin fikrincə, vəzifəli şəxsin şəxsi maraqları dövlət maraqlarından üstün tutulduqda, bu, dərhal hüquqi və siyasi reaksiya doğurur. Bu mövqe dövlət idarəçiliyində "toxunulmazlıq" anlayışının mövcud olmadığını təsdiqləyir.
Müsahibədə səsləndirilən bu yanaşmalar göstərir ki, institusional islahatlar ardıcıl və sistemli xarakter daşıyır. Prezident İlham Əliyevin müəyyən etdiyi kadr siyasəti dövlət aparatının səmərəliliyini artırmaqla yanaşı, ictimai etimadın möhkəmlənməsinə xidmət edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31