Zəfərimiz təsdiqlədi ki, Azərbaycan güclü dövlətdir- ÖZƏL
7 Yanvar 15:28 Siyasət"Azərbaycan ədalətli müharibəsində tarixi Zəfər qazandı. Bu Zəfər təsdiqlədi ki, Azərbaycan güclü dövlətdir. Bu, gerçəklikdir. Həm də güclü dövlət də müstəqlliyini əbədi etmək üçün, xarici təcavüzlərdən etibarlı müdafiə olunmaq üçün hərbi gücünü daim artırır". "Olaylar" xəbər verir ki, Milli Məclisin deputatı Səbinə Xasayeva deyib: "Dövlət başçımız bu haqda da qürurlu fikir bildirərək dedi ki, "Biz Türkiyə ilə rəsmi müttəfiqlik formatında əməkdaşlıq edirik, o cümlədən hərbi müttəfiqlik, o cümlədən bir-birinə hərbi yardım çərçivəsində. Ancaq yaxşı olardı ki, ailəmiz olan türk dövlətləri bu istiqamətdə də əməkdaşlığa başlasınlar. Bunu təklif etməklə mən heç də hansısa hərbi təşkilatın yaradılmasını təklif etmirəm. Bəziləri bunu belə yozurlar. Yox, bu, tamamilə əsassızdır. Biz indi sadəcə olaraq, energetika sahəsində, nəqliyyat sahəsində, ticarət, investisiya qoyuluşu, bir çox sahələrdə əməkdaşlıq edirik. Nə üçün bu sahədə də əməkdaşlıq etməyək? Nəzərə alsaq ki, bu gün bütün ölkələr üçün bu, bir nömrəli məsələdir, ona görə təklifim qüvvədədir. Biz indi mesajlarımızı müxtəlif diplomatik kanallarla göndəririk. Əgər ümumi razılıq olarsa, onda biz bu il bu təlimləri görəcəyik. Əgər görsək ki, təlim keçirilmədi, deməli, gərək sual verəsiniz "Kim bunu dəstəkləmədi?". Amma mən ümid edirəm ki, bütün üzv ölkələr bunu dəstəkləyəcək".