Azərbaycan artıq regional proseslərə istiqamət verən dövlətdir- ÖZƏL

"Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə Azərbaycanın artıq regional lider statusunu möhkəmləndirdiyini göstərir. Dövlət başçısı qeyd etdi ki, ölkəmiz təkcə siyasi deyil, eyni zamanda nəqliyyat və logistika baxımından da mühüm mərkəzə çevrilib. Bu rol xüsusilə 2025-ci ildə daha aydın şəkildə özünü göstərib". "Olaylar" xəbər verir ki, bunu YAP Şuşa rayon təşkilatının sədr müavini Leyla Babışova deyib: "Müsahibədə Azərbaycanın ərazisindən keçən yüklərin həcminin sürətlə artdığı vurğulandı. İlk dəfə olaraq 100 min konteynerin ölkə ərazisindən tranziti həyata keçirilib. Prezident bildirdi ki, bu yalnız başlanğıcdır və mövcud infrastrukturun genişləndirilməsi artıq zərurətə çevrilib.
Enerji və kommunikasiya sahəsində də mühüm layihələr diqqət mərkəzindədir. Xəzərin dibi ilə çəkiləcək enerji və fiber-optik kabellər regionlararası əlaqələri gücləndirəcək. Bu layihələr Azərbaycanın iqtisadi və strateji əhəmiyyətini daha da artıracaq. Prezident İlham Əliyevin müsahibəsindən aydın olur ki, Azərbaycan artıq təşəbbüs göstərən, layihə yaradan və regional proseslərə istiqamət verən dövlətdir. 2025-ci il bu baxımdan Azərbaycanın liderlik mövqeyinin təsdiqləndiyi il kimi tarixdə qalacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31