Azərbaycanın Asiya və İslam dünyası ilə əlaqələri genişlənir- ÖZƏL
7 Yanvar 10:40 Siyasət"Prezident İlham Əliyevin yanvarın 5-də yerli mətbuata verdiyi müsahibəsində Azərbaycanın Şərq istiqamətində apardığı fəal xarici siyasət də diqqət mərkəzində oldu. Dövlət başçısı Çinlə imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməni mühüm diplomatik nailiyyət kimi qiymətləndirdi. Bu sənəd iki ölkə arasında münasibətləri yeni siyasi səviyyəyə qaldırıb". "Olaylar" xəbər verir ki, bunu YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədri Aynurə Məlikova deyib: "Prezidentin sözlərinə görə, Çin kimi qlobal güclə bu formatda əməkdaşlıq Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Bu tərəfdaşlıq təkcə siyasi deyil, həm də iqtisadi və logistika sahələrində uzunmüddətli perspektivlər açır. Azərbaycan "Bir kəmər, bir yol" təşəbbüsündə mühüm tranzit ölkə rolunu gücləndirir.
Müsahibədə Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi də xüsusi vurğulandı. Prezident bildirdi ki, bu təşkilat uzun illər yeni üzv qəbul etmədiyi halda, Azərbaycanın dəvət olunması ölkəmizə olan yüksək etimadın göstəricisidir. Azərbaycan artıq bu platformada konkret təşəbbüslərlə çıxış edir. Bu faktlar göstərir ki, Azərbaycan həm Asiya, həm də İslam dünyasında etibarlı tərəfdaş kimi qəbul olunur. Prezident İlham Əliyevin müsahibəsi ölkənin çoxşaxəli və balanslı xarici siyasət kursunun uğurla davam etdiyini təsdiqləyir".