Prezident İlham Əliyevin yerli televiziyalara müsahibəsi ərəb mediasının diqqətində olub
6 Yanvar 18:42 SiyasətAzərbaycan Prezidenti İlham Əliyevin yerli televiziyalara müsahibəsi ərəb mediası tərəfindən geniş işıqlandırılıb.
Trend xəbər verir ki, nüfuzlu "əş-Şarq əl-Avsət", "əl-Quds əl-Arabi", "əl-Dustur", "əl-Şuruq", "samanyus", eləcə də Fələstinin informasiya portalları, bir sıra televiziya kanalları mövzu ilə bağlı silsilə xəbərlər yayımlayıb.
Ərəb mediasında yayılan xəbərlərdə və reportajlarda dövlətimizin başçısının Azərbaycanın Qəzzada sülhməramlı qüvvələrin tərkibində iştirakla bağlı mövqeyi, eləcə də qlobal proseslər və ABŞ-la münasibətlər əsas diqqət mərkəzində olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31