ABŞ və Aİ Ukraynanın təhlükəsizliyi ilə bağlı zəmanət planı üzrə razılığa ümid edir- ÖZƏL 

ABŞ və Avropa liderləri Ukraynaya təhlükəsizlik zəmanətləri verilməsini nəzərdə tutan plan üzrə razılaşmanın əldə olunacağına ümid edirlər. Olaylar.az xəbər verir ki,  Bloomberg-in məlumatına görə, Parisdə keçirilən görüşdə ABŞ nümayəndələri Stiven Uitkoff və Cered Kuşner Vaşinqtonun təkliflərinin "istəkli ölkələr koalisiyası"nın planına inteqrasiyası ilə bağlı müzakirələr aparırlar.
Mənbələr bildirir ki, layihə sülh razılaşmasından sonra ABŞ hərbçilərinin Ukraynada yerləşdirilməsi və atəşkəs rejiminə nəzarətdə iştirakını da nəzərdə tuta bilər. Plan uğurlu olarsa, bu prosesə Rusiyanın da cəlb olunacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31