Maduro ilə bağlı BBC-yə ŞOK QADAĞA: Bu sözləri işlətmək olmaz
6 Yanvar 14:41 SiyasətBBC jurnalistlərinə Nikolas Maduronun ABŞ tərəfindən aparılmasını "əsir götürüldü" adlandırmaq qadağan edilib.
Musavat.com xəbər verir ki, bu barədə "The Guardian" qəzetinin köşə yazarı Ouen Cons məlumat verib.
Onun sözlərinə görə, BBC rəhbərliyi tərəfindən redaksiyaya göndərilən daxili metodik göstərişdə jurnalistlərə ABŞ-ın Venesuela prezidenti Nikolas Maduro ilə bağlı hərəkətlərini təsvir edərkən "əsir götürülüb" ifadəsindən istifadə etməmək tapşırılıb.
Sənəddə bildirilir ki, xəbərlərdə "oğurlanıb" əvəzinə "ələ keçirilib", "tutulub" kimi ifadələrdən istifadə olunmalı, "qaçırıldı" termini isə qəti şəkildə kənarda saxlanmalıdır.
Qeyd olunur ki, bu yanaşma BBC-nin rəsmi dil standartları çərçivəsində əsaslandırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31