"Venesuela üzərində nəzarət ABŞ-a enerji bazarında manipulyasiya imkanı verir"-Elşən Manafov- ÖZƏL

Venesuela artıq yalnız Latın Amerikası üçün deyil, qlobal siyasət üçün də əsas diqqət mərkəzinə çevrilib və Nikolas Maduronun həbsi ilə bağlı proseslər beynəlxalq gündəmdə ciddi rezonans yaradıb. ABŞ-ın son addımı böhranı regional müstəvidən çıxararaq qlobal səviyyəyə daşıyıb və post-Maduro dövrünə dair ssenariləri daha da aktuallaşdırır.

Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib: 

" Venesuela ətrafında hadisələrin necə inkişaf edəcəyi rəsmi Karakasın yaşananlara mövqeyindən, böyük güclərin ABŞ təcavüzünə münasibətdə sərgiləyəcəkləri münasibətdən, habelə ABŞ-ın özünün Venesuela və onun nefti üzərində tam nəzarəti ələ keçirib keçirməyəcəyindən asılı olaraq inkişaf edəcək. Venesuelanın vitse- prezidenti Rodriqez baş verən hadisələrlə əlaqədar bəyan edib ki, ABŞ tərəfindən silahlı basqın nəticəsində ələ keçirilmiş Maduro legitim prezidentdir və geri qaytarılmalıdır. ABŞ-ın Maduronu geri qaytarmayacağı təqdirdə Rodriqez yeni prezident seçkilərinə qədər Venesuelanın dövlət başçısının səlahiyyətlərini yerinə yetirəcək. Əgər hökumət və silahlı qüvvələr müqavimət göstərməyi qət edəcəklərsə, bu bütünlükdə Latın Amerikasının əksər ölkələrində anti-Amerika ritorikasının güclənməsinə gətirib çıxaracaq. Bəllidir ki, Maduro dövründə Venesuelaya milyard dollarlarla invenstisiya qoymuş Rusiya və Çin kimi beynəlxalq güclər burada olan maraq və mənfəətlərindən xoşluqla imtina etməyəcəklər. Onlar qoyduqları vəsaitlərin sığorta olunmalarını ABŞ-dan tələb edəcəklər. Venesuelanın neft sənayesini rentabelli duruma gətirmək üçün isə ABŞ-a vaxt , habelə əlavə vəsait qoyuluşu lazımdır. Trampın məqsədi Venesuelanın neft ehtiyatları üzərində nəzarəti ələ keçirməkdir, onun isə 303 milyard barreldən çox ehtiyatı var və bu göstəriciyə görə Venesuella neft ölkələri sırasında 1-ci yerdədir, Venusuela nefti Trampa neft qiymətləri ətrafında manipulyasiyalar etməklə Rusiya, Çin, İran, Hindistan və digər dövlətlərin siyasətinə təsir etmək imkanları qazandıracaq, onlardan bəziləri ixrac, digərləri isə neft idxalçısı olan ölkələrdir.

Hazırda, beynəlxalq güclər Venesuela hadisələri ətrafında regional və qlobal  təhlükəsizlik problemləri ətrafında ABŞ-la sövdələşmə mövqeyindədirlər. Tərəflərdən heç biri təşəbbüsü ələ keçirib Trampla qarşıdurmaya getməyə həvəsli görünmür. Görünür Trampın dünyanı makroiqtisadi zonalara bölmək barədə fikirlərindən xəbərdardırlar. Bu halda Rusiya ərazi mübadiləsi variantına gedə bilər: Venesuelanı Şərqi Ukrayna ilə barter etmək, bu ilk baxışda Rusiyanın geopolitik maraqlarına taktiki anlamda uyğun ola bilər, strateji konteksdə isə əksinə, çünki Venesuelanın zəngin neft ehtiyatları neft faktoruna söykənərək ABŞ-a Rusiya ilə qlobal arenada mübarizə aparmaq imkanları qazandıracaq. Tərəflər Venesuela ətrafında güzəştə getsələr Tramp İran ətrafında vəziyyətin gərginləşməsinə cəhd göstərəcək və daxildə kövrək durumda olan stabilliyi laxlatmağa çalışacaq ki, onun da işartıları artıq özunu biruzə verməkdədir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31