Ursula fon der Leyen 6 yanvarda Parisdə Ukrayna üzrə “könüllülər koalisiyası”nın iclasında iştirak edəcək- ÖZƏL

Avropa Komissiyasının sədri Ursula fon der Leyen yanvarın 6-da Parisdə Ukrayna ilə bağlı yaradılmış "könüllülər koalisiyası"nın iclasında iştirak edəcək. Olaylar.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat katibi Paula Pinyu Brüsseldə keçirdiyi brifinqdə məlumat verib. Onun sözlərinə görə, toplantı zamanı Ukraynaya təhlükəsizlik təminatları ilə bağlı müzakirələr davam etdiriləcək və bu istiqamətdə artıq müəyyən irəliləyiş əldə olunub.
Pinyu bildirib ki, fon der Leyen Parisə səfəri çərçivəsində koalisiya üzvləri ilə danışıqlar aparacaq və Ukraynaya verilən dəstək mexanizmləri müzakirə olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31