Tusk: “Avropa silahlanmazsa, gələcəyi təhlükədədir”- ÖZƏL
5 Yanvar 13:47 SiyasətPolşa Baş naziri Donald Tusk bildirib ki, zəif və parçalanmış Avropa nə düşmənlər, nə də müttəfiqlər tərəfindən ciddi qəbul ediləcək. Olaylar.az xəbər verir ki,
Tusk X sosial şəbəkəsində ingilis dilində yazıb:
"Heç kim zəif və parçalanmış Avropanı ciddi qəbul etməyəcək: nə düşmənlər, nə müttəfiqlər. Bu artıq indi də aydındır. Biz nəhayət gücümüzə inanmalıyıq, silahlanmağa davam etməliyik, birlikdə qalmalıyıq - əvvəllər olmadığı qədər. Hər kəs bir-birinin yanında. Əks halda, bizim sonumuz gələcək."
Polşa Baş naziri bu açıqlaması ilə ABŞ-ın beynəlxalq səhnədə son hərəkətlərinə - Venesuelaya endirilən zərbələr və ABŞ prezidenti Donald Trampın ABŞ-ın ərazi iddiaları, o cümlədən Daniya tərkibinə daxil olan Qrenlandiya ilə bağlı bəyanatlarına reaksiya verib.
5 yanvar tarixində Tramp ABŞ-ın milli təhlükəsizlik baxımından Qrenlandiyaya ehtiyacı olduğunu söyləmişdi.