Hüququn gücü yox, gücün hüququ siyasətdə dominantlıq edir- ÖZƏL
5 Yanvar 13:26 Siyasət"Dünyadakı son hadisələr göstərir ki, hüququn gücü yox, gücün hüququ siyasətdə dominantlıq edir". "Olaylar" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib: " Ukraynada, Venesuellada, Qrenlandiyada baş verənlər artıq real faktlardır və heç kəs heç nədən sığortalanmayıb. Belə olan təqdirdə, aydın olur ki, dövlət - xalq birliyi, ordu quruculuğu, silahlanmaq yaxın onillərin əsas meyarı olacaq.
Prezident İlham Əliyev 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günündə qeyd etmişdir: "Bugünkü dünyada beynəlxalq hüquq normaları işləmir, "Kim güclüdür, o da haqlıdır" prinsipi əsas prinsip kimi bir çox ölkələr tərəfindən qəbul edilib. Bütün dünyada genişmiqyaslı silahlanma prosesi gedir. Belə olan halda, biz hər an öz ərazi bütövlüyümüzü, suverenliyimizi, öz seçimimizi layiqincə müdafiə etmək üçün hazır olmalıyıq.."