Ukraynanın Təhlükəsizlik Xidmətinin rəisi Malyuk istefa verdi

Ukrayna Təhlükəsizlik Xidmətinin rəisi Vasil Malyuk prezidentlə münaqişəni qızışdırmamaq qərarına gəlib və istefa verməyə razılaşıb.

Musavat.com "Ukrayinskaya Pravda" qəzetinə istinadla xəbər verir ki, Malyukun qərarı Vladimir Zelenski ilə bir sıra görüşlərdən sonra verilib. 3 yanvarda keçirilən bu görüşlərdən birində Təhlükəsizlik Xidmətinin rəisi əvvəlcə hazırda son mərhələdə olan əməliyyatların vacibliyini əsas gətirərək istefa verməkdən imtina edib. O, bu fəaliyyətlərin dayandırılmasının qəbuledilməz olduğunu vurğulayıb və əlavə edib ki, əgər onun işdən çıxarılması məsələsi siyasi motivlidirsə, baxılması üçün Ali Radaya təqdim edilməlidir.

Nəşrin məlumatına görə, xüsusi xidmət rəhbərinin imtinası prezidentin narazılığına səbəb olub. Zelenskiyə məlumat verilib ki, Malyuk üçün aktiv media dəstəyi guya Təhlükəsizlik Xidmətinin özü tərəfindən əlaqələndirilir. Mənbələrə görə, buna cavab olaraq prezident Malyuk istefa verməsə, onu zorla vəzifəsindən uzaqlaşdırmaqla hədələyib.

Malyukun ətrafı ilə danışıqlar yanvarın 4-də davam edib. Onların məqsədi onu könüllü istefa verməyə və bunu açıq şəkildə etməyə inandırmaq, işinə görə minnətdarlığı vurğulamaq olub. Nəticədə, Malyuk gələcək qarşıdurmanın ölkənin maraqlarına zərər verə biləcəyinə inanaraq istefa verməyə razı olub.

Rəsmi qurumlar hələlik bu məlumatı təsdiq etməyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31