Aİ siyasəti “dördüncü reyx”ə aparır - Ursula fon der Leyeni ittiham etdi- ÖZƏL 

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin siyasəti Avropa İttifaqını fəlakətə aparır və o, ittifaqı "dördüncü reyx"ə çevirməyə çalışır. Olaylar.az xəbər verir ki, bu fikri TASS-a açıqlamasında Finlandiyanın milli-mühafizəkar "Azadlıq Alyansı" partiyasının üzvü Armando Mema səsləndirib. Onun sözlərinə görə, iqtisadi, siyasi və ideoloji baxımdan Aİ dağılmanın astanasındadır:
Mema bildirib ki, fon der Leyen Avropada sülhü qorumağın yeganə yolu kimi "dördüncü reyx" ideyasını görür, lakin bu, "xəyalpərəst və fanatik yanaşmadır". Onun fikrincə, bu siyasət nəticə etibarilə Rusiya prezidenti Vladimir Putinin maraqlarına xidmət edir: "Putin Aİ-nin göz önündə necə dağıldığını görür və bunun üçün heç nə etməsinə ehtiyac qalmır".
Siyasətçi fon der Leyenin kursunu "tam fəlakət" adlandırıb və qeyd edib ki, bu yanaşma Aİ-nin əsas quruluş prinsiplərinə ziddir:
"Müqavilələr sülhü təşviq etmək üçün yaradılmışdı, amma o, Avropanı silahlandırır və vahid Avropa ordusu qurmaq istəyir. O, Rusiyanı əsas təhlükə kimi təqdim edir, lakin əslində Aİ-nin dağılmasına təkan verənlər məhz onun özü və müharibə ritorikasını gücləndirən digər siyasətçilərdir".
Mema əlavə edib ki, Avropa Komissiyası senzuranı təşviq edir, Rumıniyada seçkiləri ləğv edir, vətəndaşları fikirlərinə görə təqib edir və müxalifət nümayəndələrinin həbsi ilə məşğul olur. Onun sözlərinə görə, Rusiya ilə strateji rəqabət aparmaq iddiası fonunda Aİ siyasi çəkisini itirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31