Bu, dəhşətli nəticələrə səbəb ola bilər – Puşkov
5 Yanvar 09:00 SiyasətABŞ Prezidenti Donald Trampın qələbə ilə bağlı açıqlamaları dəhşətli nəticələrə səbəb ola bilər.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Rusiya Federasiya Şurasının senatoru Aleksey Puşkov Teleqram kanalında paylaşdığı yazıda bildirib.
Senator qeyd edib ki, ABŞ-ın əvvəlki Prezidentləri də İraq, Əfqanıstan və Liviyadakı "qələbələrini" böyük həvəslə elan edirdilər. Onun sözlərinə görə, bu qələbələr müvəqqəti xarakter daşıyıb və sonradan ciddi uğursuzluqlara çevrilib.
"Bu müvəqqəti qələbələr nəticədə ya Əfqanıstanda olduğu kimi məğlubiyyətə, ya da ABŞ-ın uzun illər bataqlığa düşdüyü Liviya və İraqda olduğu kimi fəlakətə çevrildi", - deyə Puşkov yazıb.
O, ABŞ-ın Venesuelaya müdaxiləsini və Prezident Nikolas Maduronun həbsini beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib. Senator bu addımın ABŞ üçün doğura biləcəyi nəticələrin ciddi suallar yaratdığını da vurğulayıb.