Prezident: Azərbaycan regional sülhü irəli aparır, ticarət və nəqliyyat əməkdaşlığı genişlənir
4 Yanvar 19:26 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev regional sülh gündəliyinin irəli aparılması üçün ölkəmizin bundan sonra da səylərini davam etdirəcəyini bildirib.
Prezident İlham Əliyev bunu yanvarın 4-də ABŞ nümayəndə heyətini qəbul edərkən deyib.
Dövlətimizin başçısı artıq Azərbaycanla Ermənistan arasında ticarət münasibətlərinin yaradıldığını deyərək, bu xüsusda Azərbaycanın neft məhsullarının Ermənistana ixrac edildiyini, həmçinin Qazaxıstan və Rusiyadan buğdanın Azərbaycan ərazisindən keçməklə Ermənistana ixracının həyata keçirildiyini vurğuladı. Prezident İlham Əliyev TRİPP dəhlizinin regional nəqliyyat bağlantıları baxımından yeni imkanlar yaradacağına ümidvarlığını bildirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31