Prezident: Artıq Azərbaycanla Ermənistan arasında ticarət münasibətləri yaradılıb

"Artıq Azərbaycanla Ermənistan arasında ticarət münasibətləri yaradılıb".

Bu sözləri Prezident İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edərkən deyib.

Əldə olunmuş razılaşmaların tarixi əhəmiyyət daşıdığını deyən dövlət başçısı bu məsələdə ABŞ Prezidenti Donald Trampın rolunu xüsusi vurğulayıb.

Azərbaycan Prezidenti regional sülh gündəliyinin irəli aparılması üçün ölkəmizin bundan sonra da səylərini davam etdirəcəyini bildirib. Dövlət başçısı artıq Azərbaycanla Ermənistan arasında ticarət münasibətlərinin yaradıldığını deyərək, bu xüsusda Azərbaycanın neft məhsullarının Ermənistana ixrac edildiyini, həmçinin Qazaxıstan və Rusiyadan buğdanın Azərbaycan ərazisindən keçməklə Ermənistana ixracının həyata keçirildiyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31