Moskvanın "ağrılı məqam" mesajı – xəbərdarlıq, yoxsa siyasi təzyiq? - ÖZƏL

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin "Sputnik Ermənistan"a müsahibəsində Rusiyanın "Tramp Yolu" (TRIPP) və regiondakı kommunikasiyaların açılmasına dair mövqeyinin dəyişməz qaldığını bildirib. Səfir qeyd edib ki, Cənubi Qafqazın potensialını reallaşdırması üçün region ölkələri arasındakı "bütün ağrılı məqamlar" möhkəm və uzunmüddətli əsasda həll olunmalıdır.
Rusiya tərəfi bu prosesin 2020-2022-ci illərin üçtərəfli bəyanatları çərçivəsində həllinə kömək etməyə hazır olduğunu xatırladıb.

Lakin səfirin açıqlaması bəzi suallar doğurur: Səfir "bütün ağrılı məqamlar həll olunmalıdır" deyərkən konkret nəyi nəzərdə tutur?

 

Mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:

"Hesab edirəm ki, bu məsələ dəqiqləşməlidir, yəni kimin baxış bucağından "ağrılı məsələ" kimi qiymətləndirildiyi müəyyən olunmalıdır. Rusiyanın baxış bucağından ağrılı görünən bu məqam- Zəngəzur dəhlizi ilə bağlı məqam  "ağrılı məsələ" Cənubi Qafqazdan baxanda bu, belə görünmür. Niyə? Çünki biz hesab edirik ki, Azərbaycan, Ermənistan da həmçinin Vaşinqtonda bu məsələ demək olar ki, artıq yekunlaşıb. Yalnız onun praktiki icra tərəfi qalıb. Əgər Rusiya tərəfi "ağrılı məqam" deyəndə bunu nəzərdə tutursa, mən hesab edirəm ki, bu, artıq ağrılı məsələ deyil, sadəcə praktiki icra mərhələsidir. Yəni mən Ermənistana düşən dəhlizin 30-40 kilometrlik hissəsində təmir-bərpa və tikinti işlərinin icrasını nəzərdə tuturam. Əgər Rusiya bunu "ağrılı məsələ" kimi qiymətləndirirsə, məncə bu belə deyil. Sadəcə prosesin başlanması lazımdır, yəni, Ermənistan bu prosesə başlamalıdır. Ona görə də Rusiya tərəfinin səfirin dili ilə belə fikirləri gündəmə gətirməsi, uyğun və düzgün deyil. Rusiya bu məsələyə dəstək verməlidir, bu prosesə mane olmamalıdır, maneə yaratmağa çalışmamalıdır. Dəstək vermək isə odur ki, siyasi, iqtisadi, diplomatik və digər bütün sahələrdə tələb olunan addımların atılmasında iştirak etsin və gedən prosesə yardım göstərmək lazımdır. Yəni müxtəlif açıqlamalar, pozucu fəaliyyətlər və cəhdlərlə məsələnin qarşısını almağa çalışmaq doğru yanaşma deyil".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31