Azərbaycan bu ölkənin müstəqilliyini tanımır... - XİN
15:45 SiyasətBölgədə sülh və sabitliyin qorunması beynəlxalq təhlükəsizlik üçün vacib amildir. Azərbaycan Respublikasının vahid Çin siyasəti ilə bağlı mövqeyi dəyişməz, aydın və ardıcıl xarakter daşıyır.
Olaylar.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin Tayvan ətrafında yaranmış vəziyyət ilə bağlı medianın sualına cavabında deyib.
"Ölkəmiz Tayvanın müstəqilliyini tanımır. Mübahisəli məsələlərin beynəlxalq hüquq çərçivəsində, xüsusilə suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında, sülh yolu ilə nizamlanmasını dəstəkləyirik", - XİN rəsmisi vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31