Xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin tərkib hissəsidir- ÖZƏL
14:30 Siyasət"Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirən Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində zamanla səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlətimizin başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir". "Olaylar" xəbər verir ki, bunu YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev deyib: "2001-ci ildən başlayaraq hər beş ildən bir keçirilən Dünya Azərbaycanlılarının qurultayları soydaşlarımızın ölkəmiz haqqında daha dolğun məlumatlar əldə etmələrinə, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına stimul verir. Qurultaylarda ötən beş ilin uğurlarının hesabatı verilir, qarşıdakı dövrün hədəfləri müəyyənləşdirilir. Onu da qeyd edək ki, 2018-ci ildə Prezident İlham Əliyevin Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradıldı. Məqsəd Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək, xalqımızı və dövlətimizi dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etməkdir. Dövlətimizin başçısının təşəbbüsü ilə 2019-cu ildə "Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalı təsis edildi.
44 günlük İkinci Qarabağ müharibəsi və bir günlük lokal antiterror tədbirləri birliyimizin, həmrəyliyimizin bir daha nümayişi oldu. Vətən müharibəsinin gedişində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Tarixi Zəfərimizin reallıqları fonunda 2022-ci ildə Şuşada keçirilən Dünya Azərbaycanlılarının Zəfər Qurultayı tariximizə yazılan qürurverici hadisələrdən oldu".