Azərbaycan polisinin fəaliyyətini yalnız Azərbaycan prezidenti qiymətləndirə bilər-Deputat
11:29 Siyasət"İlin ikinci yarısından etibarən, dövlət çevrilişi cəhdinin elə beşikdəcə boğulması, Mehdiyev və özünü ana müxalifət elan edən rəzil qruplaşmanın ifşası dövlətimizin bütün təhdidləri aradan qaldırmaq gücünü, biz Heydər Əliyev yolunda yürüdükcə ölkədə milli iradədən üstün heç bir iradənin olmayacağı gerçəkliyini bir daha ortaya qoydu, eyni zamanda siyasi sağlamlaşmaya mühim töhfə oldu. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Bəhruz Məhərrəmov deyib.
Deputat qeyd edib ki, bu prosesdə xüsusi xidmət qurumları, məhkəmələr və digər hüquq mühafizə orqanlarının adı ayrıca çəkilməli, o cümlədən Azərbaycan polisinin rolu xüsusi vurğulanmalıdır: "Azərbaycan polisi möhtərəm Prezidentin müəyyən etdiyi direktivləri rəhbər tutmaqla üzərinə düşən vəzifələri bu il də şərəflə yerinə yetirmiş, cənab İlham Əliyevin müzəffər liderliyində ölkəmizin təhlükəsizlik, sabitlik adası mövqeyinin daha da möhkəmlənməsinə müstəsna töhfə vermişdir. Təsadüfi deyil ki, bütün cəbhələrdə cənab İlham Əliyev tərəfindən sındırılan antiAzərbaycan dairələr məhz polisi hədəfə almaqla qalanı daxildən fəth etməyə zaman-zaman cəhd göstərirlər. Lakin? Azərbaycan polisinin fəaliyyətini yalnız Azərbaycan prezidenti qiymətləndirə bilər və polisin nüfuzsuzlaşdırılması istiqamətində bütün cəhdlər əbəsdir, fiaskoya məhkumdur".