Azərbaycanda 2026-cı il üçün ehtiyac meyarı təsdiqlənib

Azərbaycanda ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2026-cı il üçün ehtiyac meyarının həddi 300 manat məbləğində təsdiq edilib.

Olaylar.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında" qanunda əksini tapıb.

Qanuna əsasən, gələn il üçün ehtiyac meyarı 15 manat artırılıb.

Bu Qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31