Dünya Azərbaycanlılarının milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var- ÖZƏL
29 Dekabr 2025 15:48 Siyasət"31 dekabr Azərbaycan xalqı üçün Yeni illə yanaşı həm də başqa bir məna daşıyır. Bu tarix həm də Dünya Azərbaycanlılarının həmrəylik günüdür. Ulu Öndər Heydər Əliyevin təbirincə desək, qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib: "Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi. Ulu Öndərin söylədiyi "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - kəlamı bizim hər birimiz üçün milli qürur rəmzinə çevrilmişdir".
İkili vətəndaşlığı olan muzdlu döyüşçülər cinayət məsuliyyəti dayıyırmı?-Özəl
"Baş Prokurorluğun yaydığı bu xəbərdalrlıq muzdlu döyüşçülərə yönəlib. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə "Muzdluluq" müharibə cinayətlərinə aid edilir və həm muzdluları yığanlar, həm də muzdlu döyüşlərdə iştirak edənlər cinayət məsuliyyəti dayıyır. Sadəcə burda bir problem var. Yaxşı olardı ki, ona da tam aydınlıq gətirilsin". "Olaylar" xəbər verir ki, bunu deyən hüquq müdafiəçisi Sahib Məmmədovun sözlərinə görə, Azərbaycanın heç bir dövlətlə ikili vətəndaşlıq (dual citizenship) barədə müqaviləsi yoxdur: "Amma xeyli Azərbaycan vətəndaşı var ki, onlar iki və daha çox (multiple citizenship) ölkənin vətəndaşıdır. Azərbaycan onları yalnız öz vətəndaşı kmi tanıyır. Lakin həmin şəxslər digər ölkənin vətəndaşlığını qəbul edərkən həmin ölkənin vətəndaşları üçün nəzərdə tutulan vəzifələri də öz üzərlərinə götürmüş olurlar. Bu vəzifələrdən biri də vətənin müdafiəsidir. İndi bizim belə vətəndaşlar, hansılar ki, həm də başqa bir ölkənin vətəndaşıdır (Azərbaycan dövləti onları yalnız öz vətəndaşı kimi tanıyır) onlar vətəndaşı olduğu ölkənin legitim qərarları əsasında səfərbər olunubsa o zaman nə baş verəcək? Bizim hüquq sistemimiz deyir ki, onlar bu halda muzdlu döyüşçü sayılacaq. Əslində isə onlar vətəndaşı olduğu digər ölkənin qərarı ilə döyüş əməliyyatlarına cəlb olunublar. İmtina etsəydilər cinayət məsuliyyətinə cəlb olunacaqdılar. Bu məsələyə də aydınlıq gətirilsə yaxşı olar".