İkili vətəndaşlığı olan muzdlu döyüşçülər cinayət məsuliyyəti daşıyırmı?- ÖZƏL
15:20 Siyasət"Baş Prokurorluğun yaydığı bu xəbərdalrlıq muzdlu döyüşçülərə yönəlib. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə "Muzdluluq" müharibə cinayətlərinə aid edilir və həm muzdluları yığanlar, həm də muzdlu döyüşlərdə iştirak edənlər cinayət məsuliyyəti dayıyır. Sadəcə burda bir problem var. Yaxşı olardı ki, ona da tam aydınlıq gətirilsin". "Olaylar" xəbər verir ki, bunu deyən hüquq müdafiəçisi Sahib Məmmədovun sözlərinə görə, Azərbaycanın heç bir dövlətlə ikili vətəndaşlıq (dual citizenship) barədə müqaviləsi yoxdur: "Amma xeyli Azərbaycan vətəndaşı var ki, onlar iki və daha çox (multiple citizenship) ölkənin vətəndaşıdır. Azərbaycan onları yalnız öz vətəndaşı kmi tanıyır. Lakin həmin şəxslər digər ölkənin vətəndaşlığını qəbul edərkən həmin ölkənin vətəndaşları üçün nəzərdə tutulan vəzifələri də öz üzərlərinə götürmüş olurlar. Bu vəzifələrdən biri də vətənin müdafiəsidir. İndi bizim belə vətəndaşlar, hansılar ki, həm də başqa bir ölkənin vətəndaşıdır (Azərbaycan dövləti onları yalnız öz vətəndaşı kimi tanıyır) onlar vətəndaşı olduğu ölkənin legitim qərarları əsasında səfərbər olunubsa o zaman nə baş verəcək? Bizim hüquq sistemimiz deyir ki, onlar bu halda muzdlu döyüşçü sayılacaq. Əslində isə onlar vətəndaşı olduğu digər ölkənin qərarı ilə döyüş əməliyyatlarına cəlb olunublar. İmtina etsəydilər cinayət məsuliyyətinə cəlb olunacaqdılar. Bu məsələyə də aydınlıq gətirilsə yaxşı olar".